16.04.2018

“Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümlü tədbir keçirlilib

Aprelin 16-da Ağstafa Rayon Təhsil Şöbəsinin və Ağstafa Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbdə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümlü tədbir keçirlilib.

Tədbirdə  təhsil şöbəsinin əməkdaşları, Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi, Təhsilin İnnovativ İnkişafı mərkəzinin təlimşiləri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Rəşad Əsgərli bildirib ki, hər ildə birdəfə olmaqla ümumi təhsil məktələrinin yuxarı sinif şagirdlərinin, onların valideynlərinin və pedaqoji heyyətin iştirakı ilə gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi, məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərmək məqsədi ilə peşəyönümü tədbir keçirilir.

Tədbirdə valideynlərə və yuxarı sininf şagirdlərinə hazırkı əmək bazarındakı mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında ətraflı məlumat verilib, düzgün peşə seçiminin vacibliyi, iş imkanlarının obyektiv qiymətləndirilməsi və bu imkanlardan səmərəli istifadə etməyin əhəmiyyəti barədə müzakirələr aparılıb.

Sonra gənclərin meyil və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin əhəmiyyəti barədə çıxışlar dinlənilmiş, şagirdlərə peşəyönümünə dair məlumat kitabçaları, müxtəlif broşüralar paylanıyıb.


Açar sözlər: ,  ,