01.05.2018

"Türk dünyası birliyi” mövzusunda “açıq dərs” keçirilib

Mayın 1-də Vurğun qəsəbə tam orta məktəbinin coğrafiya müəllimi Tamilə Məmmədova tərəfindən “Türk dünyası birliyi” mövzusunda 7-ci sinifdə “açıq dərs” keçirib. Türk xalqlarının yeni dövlətlər yaratmaq tələbatı nədən yaranırdı?- təqdiqat sualı səsləndirilib.

Dərsdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, rayonun digər məktəbinin müəllimləri və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Coğrafiya fənnindən təşkil edilən “açıq dərs”də şagirdlər “Səma”, “Günəş” və “Ulduz” və “Ay” adlı 4 qrupa bölünüblər. Qruplar onlara verilən tapşırıqlara uyğun təqdimat edərək, sualları cavablandırıblar.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,