07.05.2018

9 may  Qələbə gününə həsr edilən tədbir keçirilib

Mayın 7-də şəhər 2 nömrəli tam orta məktəbdə 9 may  Qələbə gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Ağstafa Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, rayonun digər məktəbinin müəllimləri, valideynlər, digər qonaqlar, həmçinin məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirdə Vətən uğrunda canlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rus bölməsinin 8-ci siniflərinin təşkil etdiyi tədbirdə şagirdlər şeirlər söyləyib, mahnılar ifa ediblər. Eyni zamnda ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Təhsil şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini vurğulayıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edib. 

Qeyd edək ki, rayonun digər təhsil müəssisələrində Qələbə Gününə həsr olunan “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, inşa müsabiqələri, müharibə veteranları ilə görüşlər təşkil edilir.


Açar sözlər: ,  ,