16.05.2018

“Gülüstan sülhü” mövzusunda “açıq dərs”

Mayın 16-da Vurğun qəsəbə tam orta məktəbində tarix müəllimi Sevinc Dadaşova tərəfindən “Gülüstan sülhü” mövzusunda 7-ci sinifdə  keçirilib. Dərsdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, rayonun digər məktəbinin müəllimləri və məktəbin müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Müəllim videoslayddan istifadə edərək Azərbaycanın xanlıqlar dövründə olan xəritəsini və xəritə üzərində Azərbaycan torpağına doğru uzanan iki əl təqdim edib. Video əsasında motivasiya qurulub. Xəritədə göstərilən əllərin hansı dövlətlərə aiddir?- təqdiqat sualı səsləndirilib.

Azərbaycan tarixi fənnindən təşkil edilən “açıq dərs”də şagirdlər “Naxçıvan xanlığı”, “Gəncə xanlığı”, “Qarabağ xanlığı” və “İrəvan xanlığı” adlı 4 qrupa bölünüblər. Qruplar onlara verilən tapşırıqlara uyğun təqdimat edərək, sualları cavablandırıblar.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,