18.05.2018

Muzeylərə ekskursiyalar təşkil edilib

Mayın 18-də Beynəlxalq Muzey Günü ilə əlaqədar olaraq Ağstafa rayon məktəbliləri üçün Heydər Əliyev Mərkəzinə, Ağstafa rayon Tarix-Diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil edilib.

Məktəblilər ekskursiya zamanı muzeydə Ağstafa rayonunun ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, məişət əşyaları, təsərrüfat alətləri ilə tanış olublar. Muzeydəki eksponatlarla tanışlıq məktəblilərdə böyük təəssürat yaradıb.

Ekskursiyaların təşkil olunmasında məqsəd məktəbliləri qədim dövrlə tanış etmək, diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, Azərbaycanın qədim tarixini daha yaxşı mənimsətməkdən ibarətdir.

Muzey günü ilə əlaqədar məktəblilər muzeyin həyətində təşkil edilmiş tədbirdə şeirlər səsləndirib, rəqslər nümayiş etdiriblər.