22.05.2018

“Xalq Cümhuriyyəti” adlı tədbir keçirilib

Mayın 22-də  şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Məktəbin tarix müəllimi Sevda Əliyeva çıxış sözü ilə tədbiri açıq elan edərək – “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix Respublika günü kimi təntənə ilə qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, о cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur” deyə qeyd edib.

Şagirdlərin ifasında müstəqilliyə, vətənpərvərliyə həsr edilmişə dəbi-bədii kompozisiyalar nümayiş etdirib, şeirlər, mahnılar söyləyib, rəqslər ifa ediblər.


Açar sözlər: ,  ,