04.06.2018

Sergey Yesenin yaradıcılığına həsr edilən bədii gecə keçirilib

İyunun 4-də şəhər 2 nömrəli tam orta məktəbdə Sergey Yesenin yaradıcılığına həsr edilən bədii gecə keçirilib.

Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Bədii gecənin keçirilməsində əsas məqsəd şagirdlərdə dünya ədəbiyyatına maraq yaratmaq, dil qabiliyyətlərini inkişaf etdirməkdir.

Məktəbin Rus dili və ədəbiyyat müəllimi Zülfiyyə Hacıyeva çıxış edərək- “ 1924-1925-ci illərdə S.Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 37 şeir və 2 poema daxil olmaqla ümumilikdə 39 əsəri dərc edilib. Sevgi poeziyasında xüsusi yeri olan, S.Yeseninin sevgi himni sayıla biləcək "İran nəğmələri” silsiləsindən bir sıra şeirlər də Bakıda yazılıb. Beləliklə də 1924-1926-cı illərdə S.Yeseninin Bakı mətbuatında 48 seir və 3 poema olmaqla bütövlükdə 51 əsəri dərc edilib” deyə qeyd edib.

Tədbirin bədii hissəsində lirik rus şairi S.Yeseninin şeirlərini məktəblilər rus dilində səsləndiriblər. Şairin həyat və yaradıcılığına nəzər salıblar. Eyni zamanda şairin seirlərinə həsr olunan mahnılar ifa ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.


Açar sözlər: ,  ,