21.06.2018

Psixoloji-tibbi-pedaqoji komissiyasının fəaliyyətinə dair təlim keçirilib

İyunun 21-də şəhər 3 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin əməkdaşı Anar Xələfov tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyasının fəaliyyətinə dair təlim keçirilib.

Təlimdə 6 saylı ərazi maliyyə hesablaşma mərkəzinə tabe olan 3 rayondan- Ağstafa, Qazax və Tovuzda fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiyanın üzvləri, həmçinin təhsil şöbələrinin əməkdaşları, həkimlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak edib. Təlimin 1 gün olmaqla səhər saat 10-dan axşam 18-ə qədər keçirilməsi nəzərdə tutulub.

Anar Xələfov xüsusi təhsilin məqsədinin sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını, o cümlədən özünəxidmət vərdişlərinin yaradılmasını, əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını  təmin etməkdən ibarət olduğunu qeyd edib. Həmçinin psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyətindən, işin düzgün qurulması qaydalarını izah edib.

Təlim iştirakçılarına videomateriallar təqdim olunub. Eyni zamanda iştitakşıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,