04.10.2018

Müəllimlər Günü qeyd edilib

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Ağstafa Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə yazıçılar evində tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri, Ağstafa rayon təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak edib.

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev müəllimlər günü münasibəti ilə rayonun təhsil ictimaiyyətini təbrik edib. Yeni tədris ilində onların hər birinə müvəffəqiyyətlər arzulayıb. Tədbirdə təhsildə fərqləndiyinə görə bir qrup təhsil işçilərinə Ağstafa rayon İcra Hakimiyyətinin müvafiq fəxri fərmanları təqdim olunub.

Tədbir musiqi nömrələri ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib.


Açar sözlər: ,