05.10.2018

Ağstafa məktəblərində Beynəlxalq Müəllimlər Günü

Oktyabrın 5-də Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib.

Təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, bədii qiraət gecələri təşkil edilib.

Tədbirlərdə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən də söhbət açılıb. Şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,