08.10.2018

“Əməkdar Müəllim” adına layiq görülən Nigar Bezrajvard

Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Bezrajvardla həmsöhbət olduq. Nigar müəllim Azərbaycan Respublikasının təhsil işçilərinin “Əməkdar Müəllim” adı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq təhsilinin inkişafında xidmətlərinə görə 4 oktyabr 2018-ci ildə “Əməkdar Müəllim” adına layiq görülüb.

-Zəhmət olmasa özünüz haqqında bir az məlumat verin.

-Mən Nigar Bezrajvard 1957-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra Bakı Dövlət Unuversitetinin Filalogiya fakültəsinə qəbul edilmişəm. Təyinatla bir il Zaqatala rayonunda işləmişəm. 1985-ci ildən bu günə kimi şəhər 2 nömrəli tam orta məktəbdə çalışıram.

-Bir müəllim üçün ən gözəl hədiyyə nədir sizcə?

-Bir müəllim üçün ən gözəl hədiyyə məktəbi illərdi bitirməsinə baxmayaraq zəng edib hal-əhval tutan, “gününüz mübarək” müəllim, deyən şagirdlərdi, sinfə girərkən səbirsizliklə yolumu gözləyən şagirlərdi mənim üçün.

-“Əməkdar Müəllim” adına layiq görülmüsünüz. Bu adı gözləyirdiniz? Bu necə bir hissdir?

-Düşünürəm ki, bu illər ərzində ömrünü şagirdləri üçün bir şam kimi yandıran müəllim olmuşam. Təbii ki, bu gözəl bir hissdir. Bu “əməkdar müəllim” və ya sadəcə müəllim arasında heç bir fərq yoxdur. Əsas olan necə müəllim olmaqdır. Sinfə girib 45 dəqiqə ərzində dərs keçməklə müəllim olunmur. Uşaqlara diqqət ayırmaq lazımdır, onları sevmək, qayğı göstərmək lazımdır. Vətəni sevdirmək, tanıtmaq bir müəllimin püşə borcudur. “Əməkdar Müəllim” adı aldığımı eşidəndə çox sevindim. 2007-ci ildə də cənab prezidentin sərəncamı ilə “Tərəqqi”  medalına layiq görülmüşdüm.

-Gənc müəllimlərə hansı məsləhətləri verərdiniz?

-Mən sosial şəbəkələrdə tez-tez gənc müəllimlərin yazılarını görürəm. Bir gənc qız yazmışdı ki, imtahandan qorxuram. Görəsən imtahan verib qəbul ola bilərəm? Mən ona yazdım ki, əlbəttə imtahan verə bilərsən, çox da gözəl müəllim olarsan. Sadəcə müvəqqəti əziyyət çəkib öz üzərində çalışmalısan. Bu bütün gənc müəllimlərimizə aiddir. Sizin qavrama qabiliyyətiniz daha güclüdür. Çalışın yeniliklərlə tanış olun. Ən əasası peşənizi sevin.

 


Açar sözlər: ,