15.10.2018

IX və XI siniflərdə dərs deyən xarici dil müəllimlərinin seminarı keçirilib

Oktyabrın 15-də şəhər 1 nömrəli tam orta məktəbdə Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələrində IX və XI siniflərdə dərs deyən xarici dil müəllimlərinin seminarı keçirilib. Seminarda təhsil şöbəsinin məsul şəxsləri və xarici dil müəllimləri iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd buraxılış imtahanlarına dair edilən dəyişikliklər barəsində xarici dil müəllimlərini məlumatlandırmaqdır.

Xarici dillər üzrə metodist Əfqan Çəndirli 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verib. Qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili, riyaziyyat və ingilis dili olmaqla iki, XI siniflər üzrə buraxılış imtahanı isə eyni fənlər üzrə bir mərhələdə aparılacaq.

Seminarın sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,