24.10.2018

“Zirvə” intelektual bilik yarışmasının Ağstafa rayonu üzrə seçim turu keçirilib

Oktyabrın 24-də şəhər 2 nömrəli tam orta məktəbin idman zalında ARB Kəpəz televizya kanalının təşkil etdiyi “Zirvə” intellektual bilik yarışmasının seçmə mərhələsi keçirilib. 2 turdan ibarət olan yarışmada rayon üzrə tərkibi 4 nəfərdən ibarət olmaqla 6 məktəb komandası iştirak edib.

Şagirdlərə 16 variyantlı, 16 variyantsız olmaqla 1 və 2-ci tur tərkibində 32 sual təqdim olunub. Təqdim olunan suallara ən çox düz cavab verməklə Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin komandası 1-ci yerə, Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin komandası 2-ci yerə layiq görülüb. 

Yarışma nəticəsində qalib gələn komandalar “Zirvə” intellektual bilik yarışmasının regional mərhələsinə vəsiqə qazanıblar.


Açar sözlər: ,  ,