25.10.2018

IX və XI siniflərdə dərs deyən Azərbaycan dili və ədəbiyyat müəllimlərinin seminarı keçirilib

Oktyabrın 25-də şəhər 1 nömrəli tam orta məktəbdə Ağstafa rayon təhsil şöbəsinin tabeliyindəki təhsil müəssisələrində IX və XI siniflərdə dərs deyən Azərbaycan dili və ədəbiyyat müəllimlərinin seminarı keçirilib. Seminarda təhsil şöbəsinin məsul şəxsləri və Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd buraxılış imtahanlarına dair edilən dəyişikliklər barəsində Azərbaycan dili və ədəbiyyat müəllimlərini məlumatlandırmaqdır.

Metodist Afət Həsənova 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verib. Qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili, riyaziyyat və ingilis dili olmaqla iki, XI siniflər üzrə buraxılış imtahanı isə eyni fənlər üzrə bir mərhələdə aparılacaq.

Seminarın sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,