01.11.2018

IX və XI siniflərdə dərs deyən riyaziyyat müəllimlərinin seminarı keçirilib

Noyabrın 1-də şəhər 1 nömrəli tam orta məktəbdə Ağstafa rayon təhsil şöbəsinin tabeliyindəki təhsil müəssisələrində IX və XI siniflərdə dərs deyən riyaziyyat müəllimlərinin seminarı keçirilib. Seminarda təhsil şöbəsinin məsul şəxsləri və riyaziyyat müəllimləri iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd buraxılış imtahanlarına dair edilən dəyişikliklər barəsində riyaziyyat müəllimlərini məlumatlandırmaqdır.

Metodkabinet müdiri İmran Nəsibov 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verib. Qeyd edib ki, IX siniflər üzrə buraxılış imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili, riyaziyyat və ingilis dili olmaqla iki, XI siniflər üzrə buraxılış imtahanı isə eyni fənlər üzrə bir mərhələdə aparılacaq.

Seminarın sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,