02.11.2018

"Xəmsə" Milli İntellektual Oyunu üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

Noyabrın 1-də Ağstafa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Müasir və intellektual gənclər gələcək inkişafımızın təminatıdır" devizi altında "Xəmsə" Milli İntellektual Oyunu üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında intellektual bilik səviyyəsinin artırılması, elm və təhsil sahəsində istedadlı və qabiliyyətli yeniyetmələrin seçilməsi, onların bacarıqlarının stimullaşdırılmasından ibarətdir.

Vurğun qəsəbə tam orta məktəbinin komandası I yerə, Ağstafa şəhər nömrəli tam orta məktəbin komandası II yerə, Yenigün kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif edilib. Vurğun qəsəbə tam orta məktəbinin komandası "Xəmsə" Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıb.