13.11.2018

“Ölkəmizi tanıyaq” layihəsində iştirak edən şagirdlərlə görüş keçirilib

 

Noyabrın 13-də Ağstafa Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsində iştirak edən şagirdlərlə görüş keçirilib. Görüşdə təhsil şöbəsinin məsul şəxsləri, şagirdlər və valideynlər iştirak ediblər.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması haqqında geniş məlumat verib.

Çıxış edən müəllimlər, valideynlər qeyd etdilər ki, bu layihə məktəblilərə vətənpərvərlik tərbiyəsi sahəsində böyük əhəmiyyətə malik olmaqla yanaşı eyni zamanda gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında əvəzsizdir.


Açar sözlər: ,