19.11.2018

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağaclar əkilib

Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verib.

Aksiya çərçivəsində Ağstafa ümumtəhsil müəssisələrində 350 ağac və kol bitkisi əkilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.


Açar sözlər: ,  ,