20.11.2018

Ağstafa rayon təhsil şöbəsinin növbəti təhsilyanı Şura iclası keçirilib

Noyabrın 20-də Ağstafa rayon təhsil şöbəsinin təhsilyanı Şura iclası keçirilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, rayonun ümümtəhsil məktəblərinin direktorları iştirak edib. İclasda aşağıdakı məsələlər müzkirə edilib;

-Ağstafa rayonunun ümumtəhsil məktəblərinin ibtidai təhsil səviyyəsinin buraxılış siniflərində keçirilmiş monitorinqin nəticələri;

-Şəhər 3 nömrəli tam orta məktəbdə məktəbdaxili nəzarət və tədrisdə pedaqoji sənədlərin işlənilməsi vəziyyəti.

Metodkabinet müdiri İmran Nəsibov ibtidai təhsil səviyyəsinin buraxılış siniflərində keçirilmiş monitorinqin nəticələrini elan edib. Daha sonra məktəb direktorları ilə məktəblərdəki problemləri müzakirə ediblər.


Açar sözlər: ,  ,