26.11.2018

Məktəblilər üçün Göyəzən dağına ekskursiya təşkil edilib

Noyabrın 25-də şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri üçün nadir geoloji təbiət abidəsi olan Göyəzən dağına ekskursiya təşkil edilib.

Ekskursiyanın təşkil edilməsində məqsəd məktəblilərə tarixi-coğrafi yerləri, qədim geoloji abidələri tanıtmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Şagirdlər ilk olaraq dağın ətəyini gəziblər. Onlara bələdçilik edən müəllimlər şagirdlərə Göyəzən dağı haqqında geniş məlumat veriblər.

Məlumat üçün bildirək ki, Göyəzən dağı Qazax rayonundan 20 km məsafədə yerləşir. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var.