27.11.2018

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 27-də Vurğun qəsəbə tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin və Polis İdarəsinin məsul şəxsləri həmçinin məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Maarifləndirici tədbirdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilib. Məktəblilər belə vərdişlərdən uzaq durmaq, savadlı, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə maarifləndirilib.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb.


Açar sözlər: ,  ,