29.11.2018

QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib

Noyabrın 29-da Göycəli kənd tam orta məktəbində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin və rayon Mərkəzi Xəstəxanasının həkimləri, həmçinin məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirin keçirilməsində  əsas məqsəd şagirdləri İİV/QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirdə məktəblilərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. İİV/QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb. 

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,