24.12.2018

“Unutsaq unudularıq”...

Dekabrın 23-də şəhər 2 nömrəli tam orta məktəbinin pedaqoji və şagird kollektivi şəhid Adil Tatarovun məzarını ziyarət ediblər. Əvvəlcə şəhidin məzarı önünə gül dəstlələri və əklil qoyublar. Daha sonra Qıraq Kəsəmən kəndində yerləşən şəhidin evini ziyarət edərək ailəsi ilə görüşüblər.

Görüşün təşkil edilməsində məqsəd gələcəyimiz olan şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etmək, tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları  heç zaman unutmamaqdır.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Adil Tatarov Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Şagirdlər şəhidin ailə üzvləri ilə söhbət edib, Adilin otağı, əşyaları ilə tanış olublar.

Qeyd edək ki, məktəb rəhbərliyi tərəfindən təşkil edilən bu ziyarət təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən “Unutsaq unudularıq” devizi ilə həyata keçirilib.


Açar sözlər: ,  ,