25.12.2018

Məktəblərdə "açıq qapı" günləri keçirilir

Dekabr ayı ərzində Ağstafa rayon ümumtəhsil müəssisələrində "açıq qapı" günləri keçirilir. "Açıq qapı" günlərinin keçirilməsində məqsəd valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsidir.

“Açıq qapı” günlərində valideynlər müəllimlərlə görüşür, məktəbə baxış keçirir, müxtəlif məsələlərlə bağlı direktor və müəllimlərə müraciət edirlər. Məktəbin pedaqoji kollektivi tərəfindən valideynlərin təklifləri dinlənilir, valideynlər məktəbdəki yeniliklərdən razılıqlarını bildirirlər.

Eyni zamanda, gün ərzində valideynlərlə şagirdlərin təhsildə uğurları müzakirə edilir, bu sahədə onların inkişafı ilə bağlı müxtəlif problemlərin həlli istiqamətində əməkdaşlıq görüşü keçirilir.

Qeyd edək ki, ayın sonuna qədər "açıq qapı" günləri davam edəcək.


Açar sözlər: ,  ,