09.01.2019

Nakam şair- Mikayıl Müşfiq

Yanvarın 9-da şəhər 2 nömrəli tam orta məktəbdə Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşları, yazıçılar və şairlər, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərindən parçalar söyləyib və mahnılar ifa ediblər.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin sərəncamına əsasən təşkil edilib.


Açar sözlər: ,  ,