15.01.2019

Məktəbdaxili qiymətləndirmə ilə bağlı iclas keçirilib

Yanvarın 15-də şəhər 1 nömrəli tam orta məktəbdə məktəbdaxili qiymətləndirmədə yeni qaydaların izah olunması məqsədilə iclas təşkil edilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, şəhər 1 nömrəli və digər məktəbin müəllimləri iştirak ediblər.

Metodkabinet müdiri İmran Nəsibov məktəbdaxili qiymətləndirmədə yeni qaydaları müəllimlərə izah edib. İclasın sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,