01.02.2019

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsinin qalibi müəyyən olub

Yanvarın 25-də keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsinin qalibi müəyyən olub. Belə ki, texniki-humanitar təmayüllü liseyin 10-cu sinif şagirdi Nazənin Əlizadə rayon mərhələsinin qalibi seçilib.

Müsabiqə Azərbaycan və dünya ədəbiy­yatının görkəmli nümayən­dələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir.

Qeyd edək ki, rayonun ümumtəhsil məktəblərindən 30 şagird müsabiqədə iştirak edib.


Açar sözlər: ,  ,