04.02.2019

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Fevralın 3-də Respublika fənn olimpiadasının şəhər mərhələsi  keçirilib. Olimpiadada Ağstafa rayon məktəblərinin IX, X, XI siniflərindən 320 şagird iştirak edib.

Olimpiadanın təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Qeyd edək ki, cavablar yoxlandıqdan sonra təhsil şöbəsinə təqdim ediləcək.


Açar sözlər: ,