07.02.2019

Şəhid Adil Tatarovun doğum günü qeyd edilib

Fevralın 7-də Qıraq Kəsəmən kənd tam orta məktəbində şəhid Adil Tatarovun doğum günü münasibətilə tədbir təşkil edilib. Tədbirdə təhsil şöbəsinin məsul şəxsləri, rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji və şagird kollektivi, şəhidin valideynləri, rayonun ictimai və siyasi xadimləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları tanıtmaqdır.

Himn sədaları altında başlanan tədbirdə şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər şəhidin göstərdiyi sücaətdən danışıblar. Şagirdlərə vətənin, torpağın müqəddəsliyini, lazım gəldikdə Adil kimi canından keçməyi izah ediblər. Şagirdlərin diqqətinə çatdırılıb ki, Adil Tatarov Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Daha sonra tədbir iştirakçıları şəhidin şəhidin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.


Açar sözlər: ,