12.02.2019

Xarici dil müəllimlərinin seminarı keçirilib

Fevralın 12-də şəhər 1 nömrəli məktəbdə xarici dil müəllimlərinin seminarı keçirilib. Seminarda təhsil şöbəsinin məsul şəxsləri və ümumtəhsil müəssisələrində IX-XI sinifdə dərs deyən xarici dil müəllimləri iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd buraxılış imtahanlarına dair edilən dəyişikliklər barəsində riyaziyyat müəllimlərini məlumatlandırmaqdır.

Təhsil şöbəsinin metodisti Əfqan Çəndirli 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verib.

Seminarın sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,