14.02.2019

“Erkən nigah” mövzusunda “dəyirmi masa” keçirilib

Fevralın 14-də Poylu kənd tam orta məktəbində “erkən nigah” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

“Dəyirmi masa”nın keçirilməsində məqsəd gənc nəslin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi və bununla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Çıxış edənlər erkən nikah məsələsini cəmiyyəti narahat edən problem kimi dəyərləndirib. Qeyd olunub ki, Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial  problemlərin artmasına səbəb  olduğunu söyləyiblər.

“Dəyirmi masa”nın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,