18.02.2019

“Dini radikalizm” mövzusunda tədbir keçirilib

Fevralın 18-də Qıraq Kəsəmən kənd tam orta məktəbində “Dini radikalizm” mövzusunda tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin məsul şəxsləri, məktəbin müəllimləri və şagirdlər iştirak edib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərə dini vəziyyətə dair geniş məlumat vermək,  dini savadlılığın artırılması, uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində görülən işlərin daha yaxşı təşkilinin təmin edilməsindən ibarətdir.

Məktəbin tarix müəllimi Bəxtiyar Babazadə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulayıb, dini radikalizm və ekstremizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd edib. Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından da bəhs edib.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,