19.02.2019

Təhsil şöbəsində iclas keçirilib

Fevralın 19-da təhsil şöbəsində iclas keçirilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Qoşqar Yaqubov və məktəb direktorları iştirak edib. İclasda Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri müzakirə edilib. Qeyd edilib ki, bu il olimpiadanın növbəti mərhələsinə rayon üzrə 60 şagird vəsiqə qazanıb. Daha yaxşı nəticənin isə riyaziyyat və coğrafiya fənnindən olduğu vurğulanıb.

İclasın sonunda gənc direktor Mədəd Zeynalov Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyi tərəfindən “İlin fəal gənci” müsabiqəsində fəal iştirakına görə fəxri fərmanla təltif edilib.