21.02.2019

Təhsil müəssisələrində Beynəlxalq Ana Dili Günü

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbirlər keçirilib. Ağstafa məktəblərində “Ana dilimizi sevək və qoruyaq”, “Dilimiz-dəyərimizdir”, "Ana dilim-doğma dilim", “Ana dilimiz-Milli sərvətimizdir”, “Mənim dilim” və digər müvafiq mövzularda tədbirlər, şeir müsabiqələri, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar, “Dəyirmi masa”lar, “açıq dərs”lər təşkil edilib.

Tədbirlərin keçirilməsində  əsas məqsəd  Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.

Təhsil şöbəsinin məsul şəxslərinin, ziyalıların, şair və yazıçıların, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etiyi tədbirlərdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar da nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,