25.02.2019

Təhsil şöbəsində Xocalı soyqırımı qurbanları anılıb

Fevralın 25-də Ağstafa Rayon Təhsil Şöbəsində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar “dəyirmi masa” təşkil edilib. Tədbirdə təhsil şöbəsinin məsul şəxsləri və məktəb direktorları iştirak edib.

Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək 27 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və Sovet ordusunun 366 - cı motoatıcı alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən danışıb. Qeyd edib ki, xalqımızın yaddaşında silinməz iz qoyan Xocalı faciəsində 613 nəfər şəhid olub, 1275 nəfər əsir götürülüb.

Digər çıxışçılar da Xocalı faciəsinin dəhşətlərindən danışıblar. Məktəblərdə faciə qurbanlarının yad edildiyini vurğulayıblar.