06.03.2019

“Toplama əməli” mövzusunda açıq məşğələ keçirilib

Martın 6-da Ağstafa şəhər 1 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Vəfa Qurbanova tərəfindən məktəbəhazırlıq qrupunda Məntiqi və riyazi təfəkkürün inkişafı fənnindən “Toplama əməli” mövzusunda açıq məşğələ keçirilib. Məşğələdə Rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti, direktor müavinləri və müəllimlər müşahidəçi qismində iştirak ediblər.

Beşyaşlılar rəqəmləri tanıyır, toplama əməlini bacarır, onlara verilən sualları hesablayırlar və cavab veriblər. Eyni zamanda müəllim beşyaşlılarda yorğunluğu aradan qaldırmaq üçün oyunlar oynadıb, idman fasiləsi etdirib.

 


Açar sözlər: ,