12.03.2019

2-ci və 4-cü sinif şagirdləri arasında monitorinq keçirilib

Martın 12-də Köçəsgər kənd 2 nömrəli tam orta məktəbdə 2-ci və 4-cü sinif şagirdləri arasında ana dili və riyaziyyat fənnlərinin səviyyəsinin öyrənilməsi məqsədi ilə imtahanı keçirilib. İmtahan məktəb rəhbərliyi tərəfindən təşkil edilib.

Şagirdlərə 3 saat ərzində 50 sual təqdim edilib. Monitorinq imtahanında 2-ci siniflərdən 34, 4-cü siniflərdən 26, ümumilikdə 60 şagird iştirak edib.

Qeyd edək ki, bu cür monitorinq imtahanlarının ilin sonuna qədər digər siniflərdə də aparılması nəzərdə tutulub.


Açar sözlər: ,