13.03.2019

“Şahin” hərbi-idman oyunlarının rayon turu

Martın 12-də Ağstafa rayon 2 saylı tam orta məktəbində “Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib. Rayon turunda Ağstafa məktəblərindən 30 komanda iştirak edib. Hər komanda 14 şagirddən ibarət olub.

Tədbirin keçirilməsində əsas məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.

Yarışda birinci yerə şəhər 1 nömrəli, ikinci yerə Tatlı kənd, üçüncü yerə şəhər 2 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Yer tutan komandalar Ağstafa Rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılıblar. Birinci yer tutan şəhər 1 nömrəli tam orta məktəbin komandası məktəbinin komandası zona birinciliyində iştirak etmək üçün vəsiqə qazanıb.


Açar sözlər: ,