28.03.2019

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçirilib

Martın 28-də Ağstafa Rayon Təhsil Şöbəsində dövlət xadimi və siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçirilib.

Müsabiqədə rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. RTŞ-nin tərkibində yaradılmış işçi qrup tərəfindən 24 şagirdin təqdimatı dinlənilərək qiymətləndirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər H. Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.

Qeyd edək ki, müsabiqənin qalibi aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.


Açar sözlər: ,  ,