29.03.2019

Məktəblərdə 31 mart Soyqırımı qurbanları anılıb

Martın 29-da Ağstafa rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.

Tədbirlərin keçirilməsində məqsəd yeni nəsilə həqiqətləri qavratmaq, tariximizi daha yaxından tanıtmaqdır.

Anım tədbirlərində soyqırım qurbanlarını bir dəqiqəlik sükutla yad ediliblər. Daha sonra çıxış edənlər “bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir”- deyə qeyd ediblər.

Tədbirlərdə şagirdlər vətənpərvərlik mövzusunda şeir və səhnəciklər təqdim ediblər.

 

 


Açar sözlər: ,  ,