01.04.2019

Şəhər 2 nömrəli tam orta məktəbin şagird və müəllimləri Milli Qəhrəman Mübariz İbrahimovun evini ziyarət ediblər

Şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi  Milli Qəhrəman Mübariz İbrahimovun evinə ziyarət ediblər. Belə ki, ziyarətçilər martın 30-da Ağstafa rayonundan Biləsuvarın Əliabad kəndinə yollanıblar. Ilk olaraq Mübariz İbrahimovun doğulub boya-başa çatdığı evi ziyarət ediblər. Qəhrəmanın ata-anası ilə söhbət ediblər.

Sonra şagirdlər Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı 311 nömrəli məktəbi ziyarət ediblər. Şagirdlər Milli Qəhrəmanın Mübariz İbrahimov adına Biləsuvar məktəb-liseyinə də baş çəkiblər. Mübarizin müəllimləri bildirib ki, o, əsl cəngavər kimi 5 saat ermənilərlə təkbaşına döyüşüb və qəhrəmanlıqla həlak olub. Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaldıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şagirdlər Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş abidə önündə şeirlər söyləyib qehrəmanlığından söhbət açıblar.


Açar sözlər: ,  ,