03.04.2019

“Facebook” sosial şəbəkəsində rəsmi səhifələrinin idarəçiləri üçün təlim keçirilib

Aprelin 3-də Ağstafa Rayon Təhsil Şöbəsinin akt zalında ”Facebook” sosial şəbəkəsində təhsil müəssisələrinin səhifələrinin idarə olunmasina dair təlim keçirilib. Təlimdə təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva tərəfindən “Facebook” sosial şəbəkəsində rəsmi səhifənin yaradılması, səhifələrdə qaydalara uyğun paylaşımların edilməsi, səhifə izləyicilərinin cavablandırılması və digər qaydalar  izah edilib.

Həmçinin təlimdə çıxış edənlər müasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə təsirindən, sosial şəbəkələrdən düzgün istifadə etmə vərdişlərinin formalaşdırılmasının əhəmiyyətindən söz açıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: ,