04.04.2019

Aprel zəfərinin üçüncü ildönümü

Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “4 günlük aprel müharibəsi”nin 3-cü il dönümünə həsr edilən silsilə tədbirlər keçirlilib. Tədbirlərdə təhsil şöbəsinin əməkdaşları, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbirlərin keçirilməsində əsas məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olanları heç zaman unutmamaqdır.

Tədbirlərdə Azərbaycan silahlı qüvvələrinin göstərdiyi rəşadətdən danışılıb.  Aprel döyüşlərində qazanılan qələbənin ildönümünün hər il qeyd olunması xalqımızın mübarizə ruhunu və yüksək vətənpərvərlik hissini bir daha nümayiş etdiyi vurğulanıb. Azərbaycan ordusunun işğal altındakı bütün torpaqlarımızı azad etməyə tam qadir olduğu qeyd edilib.

Şagirdlər aprel hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,