08.04.2019

Həsənsu məktəbində 4-cü sinif şagirdləri arasında monitorinq

Aprelin 7-də Həsənsu kənd tam orta məktəbində 4-cü sinif şagirdləri arasında ana dili və riyaziyyat fənnlərinin səviyyəsinin öyrənilməsi məqsədi ilə monitorinq imtahanı keçirilib. İmtahan məktəb rəhbərliyi tərəfindən təşkil edilib. Şagirdlər 50 dəqiqə ərzində 15 ana dili, 15 riyaziyyat sualını cavablandırıblar. 

Qeyd edək ki, monitorinq Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsinə uyğun olaraq həyata keçirilib.


Açar sözlər: ,