11.04.2019

“Yaşıl məktəb” aksiyasına Ağstafa rayon ümumtəhsil məktəbləri də qoşulub

Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən start verdiyi “Yaşıl məktəb” aksiyasına Ağstafa rayon ümumtəhsil məktəbləri də qoşulub. Belə ki, Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin həyətlərinə məktəbin pedaqoji və şagird kollektivi tərəfindən meyvə ağacları, dekorativ ağac və güllər əkilib.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Aksiya aprelin sonunadək davam edəcək.