15.04.2019

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir

Aprelin 15-də Həsənsu kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Çıxış edənlər narkotik maddələrin insan həyatına təsirindən geniş bəhs edib, şagirdləri yaxşı təhsil almağa, idmanla məşğul olmağa çağırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırılıb. Həmçinin tədbirdə iştirak edənlərə narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,