16.04.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “dəyirmi masa” təşkil edilib.

Aprelin 16-da Vurğun qəsəbə tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “dəyirmi masa” təşkil edilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, İ.Nəsimi yaradıcılığı barədə məlumat əldə etməsindən ibarətdir.

“Dəyirmi masa” iştirakçıları Nəsimi yaradaıcılığından geniş bəhs ediblər. Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etdiyi qeyd edilib. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etdiyi vurğulanıb.


Açar sözlər: ,  ,