19.04.2019

"Molla Pənah Vaqifin həyat və yaradıcılığı" mövzusunda “dəyirmi masa” təşkil edilib

Martın 19-da Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbində "Molla Pənah Vaqifin həyat və yaradıcılığı" mövzusunda “dəyirmi masa” təşkil edilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, V və IX sinif şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi,  Molla Pənah Vaqif yaradıcılığı barədə məlumat əldə etməsindən ibarətdir.

“Dəyirmi masa” iştirakçıları Vaqifin yaradaıcılığından geniş bəhs ediblər. Çıxış edənlər bildirib ki, Azərbaycan şeiri Vaqifin bənzərsiz fitri istedadı və böyük zəhməti sayəsində yeni mərhələyə adlaya bilib. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi bu gün də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Görkəmli Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığı və işıqlı xatirəsinin könüllərdə yaşamasına sahib çıxan doğma vətəni onun adını məhz mənsub olduğu xalqının yaddaşında mənən yaşadır. Şagirdlər şairin yaradıcılığına aid qəzəllər, bayatılar və şeirlər səsləndiriblər.

Tədbirin sonunda Vaqifin həyat və yaradıcılığından bəhs olunan video material izlənilib.


Açar sözlər: ,  ,  ,