24.04.2019

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir

Aprelin 24-də şəhər 1 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə məktəbin ədəbiyyat müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, İ.Nəsimi yaradıcılığı barədə məlumat əldə etməsindən ibarətdir.

Ədəbiyyat müəllimləri Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə danışıb. Qeyd edilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub. Onun ustadı Nəimi edam edilsə də, Nəsimi öz yolundan, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Nəsimi poeziyası vasitəsi ilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə edam olunan Nəsiminin sərdabəsi Suriyanın Hələb şəhərindədir. Nəsiminin yaddaşlarda yaşayan ideyaları və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman məhv edilə bilməz.

Şagirdlər Nəsimi yaradıcılığına aid qəzəllər söyləyiblər.


Açar sözlər: ,  ,