25.04.2019

"Narkomaniya cəmiyyətin bəlasıdır" mövzusunda "dəyirmi masa"

Aprelin 25-də Köçəsgər kənd 2 nömrəli tam orta məktəbində "Narkomaniya cəmiyyətin bəlasıdır" mövzusunda "dəyirmi masa" təşkil edilib. “Dəyirmi masa”da məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

“Dəyirmi masa”da çıxış edənlər narkomaniyanın cəmiyyətə və ümumilikdə, bəşəriyyətə çox böyük ziyan vurması və mümkün olan bütün vasitələrdən istifadə edərək, onun qarşısının alınması barədə geniş məlumatlar veriblər.

Həmçinin, müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülüb, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda məktəb şagirdlərinin fikirlərindən hazırlanan video görüntülər "dəyirmi masa" iştirakçılarına təqdim edim edilib.


Açar sözlər: ,  ,